Bundesliqanın autsayderi baş məşqçi və idman direktoru vəzifəsindən azad edilib

“Bohum” baş məşqçisi Peter Zaydler və idman direktoru Mark Lettaunun istefaya göndərildiyini açıqlayıb. Matc.az xəbər verir ki, buna səbəb komandanın Bundesliqada uğursuz çıxış etməsidi.

“Bohum” 7 turdan sonra 1 xalla turnir cədvəlinin sonuncu - 18-ci pilləsində qərarlaşır. Komanda son olaraq oktyabrın 19-da “Hoffenhaym”a uduzub (1:3).

Qeyd edək ki, 62 yaşlı Zeydler bu ilin yayından “Bohum”a rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest