“Ayaks”ı Bakıda “Qarabağ”a qarşı keçirəcəyi Avropa Liqasının III turunun oyununda dəstəkləmək üçün Niderlanddan 500-ə yaxın azarkeş gələcək. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Amsterdam təmsilçisi fanatları üçün 460 bilet istəyib. “Ayaks” sabah axşam saatlarında Bakıya gələcək. Klubun media komandası və iki yayımçı TV də Azərbaycana səfər edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest