“Barselona”nın futbolçusu Lamin Yamal sabiq kapitan Lionel Messinin uğurunu təkrarlayıb. Matc.az xəbər verir ki, 17 yaşlı vinger La Liqanın X turunda “Sevilya” ilə görüşdə məhsuldar ötürmə verməklə buna nail olub.

Yamal 5:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada bir qolun assistini edib. Bununla o, cari mövsüm La Liqadakı məhsuldar ötürmə sayını 6-ya çatdırıb. Maraqlıdı ki, “Barsa”da sonuncu dəfə bu göstəricini 2014-15 mövsümündə Messi reallaşdırıb.

Qeyd edək ki, Lamin Yamal bu il İspaniya yığmasının heyətində Avropa çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest