“İnter Mayami”nin kapitanı Lionel Messi MLS tarixinə düşüb. Matc.az xəbər verir ki, argentinalı superulduz ABŞ çempionatında ehtiyatdan meydana daxil olaraq 3 qol vuran vuran və məhsuldar ötürmə verən ilk oyunçudu.

“Nyu-İnqlend Revolyuşn”la görüşün 58-ci dəqiqəsində mübarizəyə qoşulan 37 yaşlı hücumçu het-trik müəllifi olub və bir məhsuldar ötürmə verib.

Qeyd edək ki, “İnter Mayami” bu mövsüm MLS çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest