Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Matc.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı oktyabrın 23-də saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:00-da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da olacaq.

Qonaqların baş məşqçisi Françesko Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı isə saat 18:00-da start götürəcək. Niderland təmsilçisinin “Neftçi Arena”da keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 12:45-də başlayacaq.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest