Ən yaxşı İFFHS-nin dünyanın bütün ölkələrindəki nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda 30 oyunçu yer alıb.

Kriştiano Ronaldo və Lionel Messi “30-luq”dan kənarda qalıb. Namizədlər aşağıdakılardı:

Cud Bellingem, Kilian Mbappe, Erlinq Haland, Fil Foden, Bukayo Saka, Camal Musiala, Florian Virts, Lamin Yamal, Rodri, Deklan Rays, Martin Edeqor, Harri Keyn, Koul Palmer, Uilyam Saliba, Ruben Dias, Niko Uilyams, Toni Kroos, Dani Olmo, Dani Karvaxal, Fabian Ruis, Kodi Qakpo, Vinisius Junior, Federiko Valverde, Rodriqo, Lautaro Martines, Hames Rodriges, Ademola Lukman, Viktor Osimhen, Akram Afif, Alfonso Devis.

Qeyd edək ki, ən yaxşı İFFHS-nin dünyanın bütün ölkələrindəki nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest