Portuqaliyanın qadınlardan ibarət yığma komandası Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə keçirəcəyi oyun öncəsi heyətində ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “Qothan”ın hücumçusu Cessika Silva heyətdən çıxarılıb.

Buna səbəb forvardın zədədən əziyyət çəkməsidi. Tibbi müayinədən sonra Silvanın yararsız olduğu müəyyənləşib. Məşqçilər korpusu onun yerinə “Nant”dan Nelli Rodrigesi milliyə dəvət edib.

Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 16:00-da başlayacaq. Cavab matçı ayın 29-da Vizelada reallaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest