İngiltərə Premyer Liqasının VIII turunda “Liverpul”un qonağı olan “Çelsi” rəqibinə 1:2 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, London klubunun “Enfild Roud”da uğursuz seriyası 3,5 ilə yüksəlib.

“Zadəganlar” sonuncu dəfə 4 mart 2021-ci il tarixində “qırmızılar”ı üstələməyi bacarıb. Həmin vaxtdan bəri baş tutan 10 görüşün 5-də “Liverpul” qələbə qazanıb, 5-də isə bərabərlik qeydə alınıb. Komandaların son 3 duelində ümumi top fərqi də “mersisaydlılar”ın xeyrinə olub - 7:2.

Qeyd edək ki, hazırda “Liverpul” 21 xalla birinci, “Çelsi” isə 14 xalla 6-cı pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest