AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

İclasda II Liqanın VII turunda baş verən neqativ hallar öz hüquqi qiymətini tapıb.

“Şəfa” - “Lerik” oyunu qonaq komandanın görüşə gəlməməsi səbəbindən baş tutmadığına görə “Lerik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib, “Lerik” komandası 300 manat cərimə edilib.

“Ağdaş” – “Hypers Guba” oyununda “Ağdaş”ın futbolçusu Ülvi Sarıyev ikinci sarı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, “Ağdaş” 300 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest