AFFA Gənclər Liqasında keçirilən “Dinamo” - “Sabah” FK oyununda “Dinamo”nun köməkçi məşqçisi Qüdrət Ələsgərov qarşılaşmanın 45-ci dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyunluq cəzalandırılıb.

İntizam Komitəsinin iclasında AFFA-nın Gənclər Liqasında və aşağı yaş qrupları üzrə liqalarında da yaşanan neqativ hallara hüquqi qiymət verilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

AFFA Gənclər Liqasında keçirilən “Dinamo” - “Sabah” FK oyununda “Dinamo”nun köməkçi məşqçisi Qüdrət Ələsgərov qarşılaşmanın 45-ci dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyunluq cəzalandırılıb.

AFFA U-16 Liqasında keçirilməli olan “Turan Tovuz” FK - UFA oyunu UFA komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün UFA-ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-14 Liqasında keçirilən “Sumqayıt City” - “Uğur” FK oyunu bitdikdən sonra “Uğur” FK komandasının məşqçisi Rəşid Ağazadənin hakimə kobud şəkildə etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyunluq cəza kəsilib.

AFFA U-13 Liqasında keçirilməli olan “Şəmkir” FK - “Gülül” (Ağstafa) oyunu “Gülül” komandasının formasında qüsurlar olduğuna görə baş tutmadığı üçün “Gülül”ə xəbərdarlıq edilib. Matçın yenidən təşkil olunması qərara alınıb.

AFFA U-13 Liqasında keçirilməli olan “Şirvan” (Şirvan) – “Sabirabad” oyunu “Şirvan” komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Şirvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-13 Liqasında keçirilən “Göztəpə” (Bakı) – “Azart” oyununda “Azart” komandasının futbolçusu Əkbər Bənnayevin qarşılaşmanın 59-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb.

AFFA U-13 Liqasında keçirilən “Xocalı” FK – “Universal” FA oyunu “Universal” FA komandası təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Universal” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-12 Liqasında keçirilməli olan “Real” FK (Goranboy) – “Aran” FK (Yevlax) oyunu “Aran” FK komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Aran” FK-na 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-11 Liqasında keçirilməli olan “Paralimpiya İdman Kompleksi” - İOEUGİM (Sumqayıt) oyunu “Paralimpiya İdman Kompleksi” komandası protokolu təqdim etmədiyinə görə baş tutmadığı üçün “Paralimpiya İdman Kompleksi”nə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-10 Liqasında keçirilməli olan “Məhəllə uşaqları” (Sumqayıt) – “Paralimpiya İdman Kompleksi” oyunu “Məhəllə uşaqları” komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Məhəllə uşaqları”na 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-10 Liqasında keçirilməli olan “Karvan” (Yevlax) – UFA oyunu UFA komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə UFA-ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-10 Liqasında keçirilməli olan “Sahil” FA – “Gənclik” FK oyunu “Sahil” FA komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Sahil” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest