"Mançester Siti" heyətinə yeni futbolçu qatmaq istəyir. Matc.az xəbər verir ki, “şəhərlilər” "Torino"nun futbolçusu Samuele Riccini transfer etməyi planlaşdırırlar.

Artıq tərəflər arasında danışıqlara start verilib. “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Riccini ağır zədə alan Rodrinin yerini doldurmaq üçün komandasında görmək istəyir. Ancaq 23 yaşlı futbolçu ilə Madrid “Real”ı da yaxından maraqlanır.

Qeyd edək ki, Riccinin “Torino” ilə 2026-cı il iyunun 30-dək müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest