Çempionlar Liqasında “Real” ilə üz-üzə gələcək “Borussiya”nın baş məşqçisi Nuri Şahin maraqlı qərar verib. Matc.az xəbər verir ki, türkiyəli çalışdırıcı komandasına Madriddə məşq etdirməyi lazım bilməyib.

Məsələ burasındadı ki, Şahin hazırlıq prosesinin rəqib tərəfindən izlənilməsindən ehtiyat edir. Bu səbəbdən Dortmund klubunun oyunöncəsi son məşqi Almaniyada baş tutacaq.

Qeyd edək ki, “Real” – “Borussiya” matçı sabah Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest