UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” - “Ayaks" oyununa satılan bilet sayı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qarşılaşma üçün artıq 20 min 200 ədəd bilet satılıb. Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 20:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest