"İnter"in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədə alıb. Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu "Roma" ilə çempionat oyununda sıradan çıxıb.

Bu səbəbdən Hakan 12-ci dəqiqədə David Frattesi ilə əvəzlənmək məcburiyyətində qalıb. Hakanın yaşıl meydanlardan dəqiq nə qədər kənarda qalacağı açıqlanmayıb. Ancaq onun Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Yanq Boyz"la qarşılaşmada iştirak etməyəcəyi dəqiqdi.

Qeyd edək ki, Çalhanoğlu bu mövsüm 9 oyunda 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest