Braziliyalı ulduz futbolçu Neymar yaşıl meydanlara qayıdıb. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun üzvü 1 ildən sonra meydana çıxıb.

2023-cü ilin oktyabrından zədəli olan “sambaçı” Asiya Çempionlar Liqasının III turunda “Əl-Ayn” (BƏƏ) ilə görüşdə iştirak edib. O, qarşılaşmanın 77-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, matç "Əl-Hilal"ın 5:4 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest