22 Oktyabr 2024, 10:08
FUTBOL
“Beşiktaş” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İstanbul klubunun qapıçısı Mert Günok sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Mert Superliqanın IX turunda “Konyaspor”a qarşı keçirilən matçda sol çiynindən zədə alıb.
Günok oktyabrın 24-də Avropa Liqasının Liqa mərhələsinin III turunda "Lion" və 4 gün sonra Superliqada “Qalatasaray” ilə oyunlarda komandasına kömək edə bilməyəcək.