UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Bavariya” ilə qarşılaşacaq “Barselona” oyuna itki ilə çıxa bilər. Matc.az xəbər verir ki, bu barədə ‘Diario Sport” nəşri məlumat yayıb.

Kataloniya klubunun futbolçusu Dani Olmonun matçı buraxmaq ehtimalı var. “Barsa” ispan oyunçunun zədəsinin təkrarlanmasından ehtiyat edir.

Qeyd edək ki, sabah keçiriləcək “Barselona” - “Bavariya” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest