Cəlalın komandası rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Millimizin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” klubu Bolqarıstan çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, 8-ci turdan təxirə salınmış görüşdə səfərdə komanda SSKA ilə üz-üzə gəlib.

Qarşılaşma “Arda”nın qələbəsi ilə nəticələnib. Belə ki, Cəlalın komandası rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Hüseynov da oyunun iştirakçısı olub. O, start heyətdə yer almasa da, meydana 70-ci dəqiqədə daxil olub.

Qeyd edək ki, 12 turdan sonra 18 xalı olan “Arda” turnir cədvəlində 6-cıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest