"Nürnberq"in formasını geyinən Azərbaycan millisinin hücumçusu Mahir Emreli açıqlama verib. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu II Bundesliqa klubunun televiziyasına danışıb.

Mahir klub və yığmanın heyətində fərqlənməsini müqayisə edib. Bildirib ki, millidə onun üçün ən vacib məqam qol vurmaqdan çox qələbə qazanmaqdı: “Yığmada az oyun keçiririk. Bu səbəbdən bütün diqqətini ancaq matça yönləndirməlisən. Hamımız qələbənin lazım olduğunu dərk edirik. Kimin qol vurması önəmli deyil. Əsas odur ki, milli komanda qalib gəlsin”.

Emreli qeyd edib ki, klubda isə durum fərqlidi: “Klubda vəziyyət fərqlənir. Əgər hücum xəttində oynayırsansa, üzərində böyük təzyiq olur. Çünki hamı səndən qol gözləyir və başa düşürsən ki, fərqlənməlisən. Klubda bunu bacarsan, millidə də təkrarlaya bilərsən".

Qeyd edək ki, M.Emreli II Bundesliqanın "Qroyter Fürt"ə 4:0 hesabı ilə qalib gəldikləri oyunda ilk qolun müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest