İtaliya yığmasının və “Roma”nın sabiq futbolçusu Françesko Totti maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi A Seriyası klublarından dəvət aldığını bildirib.

Qeyd edib ki, onu futbolçu karyerasını bərpa etməyə və oynamağa çağıran komandalar var: “A Seriyasının hazırkı səviyyəsini nəzərə alsaq, bu gün də öz sözümü deyə bilərəm. Məni İtaliya çempionatına dəvət edən klublar var. Açığı, bu barədə düşündüm. Başa düşürəm ki, mənə qayıtmaq çətin olar. Amma gərək heç vaxt “heç vaxt” deməyəsən”.

Qeyd edək ki, Totti futbolçu karyerasını 2017-ci ildə başa çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest