“Atletiko” itki ilə üzləşib. Matc.az xəbər verir ki, Madrid klubunun müdafiəçisi Kleman Lanqle sıradan çıxıb.

Fransalı futbolçu La Liqanın 10-cu turunda “Leqanes”lə matçda (3:1) zədə alıb. Tibbi müayinədən keçən Lanqlenin azı bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, transfer hüququ “Barselona”ya məxsus olan Lanqle “Atletiko”da icarə əsasında oynayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest