“Bayer”in hücumçusu Viktor Bonifeys yol qəzası keçirib. Matc.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Qəza futbolçunun sərnişin oturacağında əyləşərək dostları ilə hava limanına gedərkən yaşanıb. Sürücü yorğunluqdan idarəetməni itirib və qarşıdan gələn zolağa çıxaraq yük maşınına çırpılıb. Toqquşma nəticəsində nigeriyalının olduğu avtomobil aşıb.

Hadisədən sonra xəstəxanaya çatdırılan 23 yaşlı futbolçu tibbi müayinədən keçib. “Bayer” forvardın yalnız əlindən yüngül zədə aldığını bildirib. Yük maşınının sürücüsü xəsarət almayıb.

Qeyd edək ki, Viktor Bonifeys bu mövsüm “Bayer”in heyətində 10 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest