İtaliya millisinin sabiq müdafiəçisi Leonardo Bonuççi məşqçiliyə başlayıb. Matc.az xəbər verir ki, o, ölkəsinin U-20 yığmasının məşqçisi təyin olunub.

37 yaşlı mütəxəssis baş məşqçi Bernardo Korradinin köməkçisi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, futbolçu karyerasında son olaraq “Fənərbaxça”nın formasını geyinən Bonuççi “İnter”, “Yuventus”, “Milan” və “Cenoa”da çıxış edib. O, İtaliya millisinin heyətində 121 oyunda 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest