Amerika Kubokunun qalibi olan uruqvaylı Dieqo Forlan Montevideoda keçirilən “Çellencer” tennis turnirində qoşa yarışlarda çıxış edəcək. Matc.az xəbər verir ki, turnir noyabrın 11-17-də baş tutacaq.

45 yaşlı Forlanın ortağı argentinalı tennisçi Federiko Koria olacaq. Bu il Forlan 45 yaşdan yuxarı oyunçular üçün üç ITF turnirində iştirak edərək Limadakı cütlük yarışında qalib gəlib. Ümumilikdə, uruqvaylı sabiq futbolçu təkbətək yarışlarda 8 qələbə və 3 məğlubiyyət, qoşa yarışlarda 5 qələbə və 1 məğlubiyyətə sahibdi.

Qeyd edək ki, Dieqo Forlan uşaq yaşlarında tennis oynasa da, 16 yaşında futbolu seçib. O, karyerası ərzində “Atletiko”, “Vilyarreal”, “Mançester Yunayted”, “İnter” kimi komandaların şərəfini qoruyub. Uruqvay millisi ilə 2011-ci ildə Amerika Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest