“Liverpul”un hücumçusu Məhəmməd Salah vurduğu qol və məhsuldar ötürmə ilə Ueyn Runinin Premyer Liqa oyunlarında rekorda yaxınlaşıb. Matc.az xəbər verir ki, misirli forvard VIII turda “Çelsi” ilə görüşdə bunu reallaşdırıb.

29-cu dəqiqədə penaltidən fərqlənən Salah 51-ci dəqiqədə Kurtis Consa assist edib. Bu, ulduz futbolçunun İngiltərə çempionatında həm qol, həm də assist etdiyi 34-cü matçıdı. Bu, turnir tarixində ən yaxşı ikinci nəticədi. Görüşlərin sayına görə rekord “Mançester Yunayted” və “Everton”un sabiq hücumçusu Ueyn Runiyə məxsusdu – 36 oyun.

Qeyd edək ki, “Liverpul” hazırda 21 xalla turnir cədvəlinə başçılıq edir. Məhəmməd Salah isə cari mövsüm 5 qol, 5 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest