17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası oktyabrın 23-dən 26-dək AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Matc.az xəbər verir ki, U-17 oktyabrın 27-dən noyabrın 2-dək Lüksemburqda Avropa çempionatının I seçmə mərhələsində iştirak edəcək.

Milliyə dəvət edilən futbolçuların adları və seçmə mərhələdəki oyunların təqvimi aşağıdakı kimidir:

1. Firuzə Bayramova - "Zaqatala"
2. Nərgiz Ağaliyeva - "Şəfa"
3. Aygün Novruzova - "Sabah"
4. Arzu Cəfərova - "Şəfa"
5. Bədriyyə Mövludova - "Şəfa"
6. Ayşən Salamzadə -"Neftçi"
7. Səma Əsədova - "Neftçi"
8. Aysu Əsədova - "Sabah"
9. Aylin Kərimova - "Sabah"
10. Elizaveta Vaysman - "Şəfa"
11. Arzu Ağaliyeva - "Şəfa"
12. Ayan Abdiyeva - "Şəfa"
13. Məhsumə Vahabzadə - "Sabah"
14. Mehri Məmmədzadə - "Sabah"
15. Zeynəb Əsgərzadə - "Şəfa"
16. Filiz Nəsrullayeva - "Sabah"
17. Naidə Məmmədova - "Zaqatala"
18. Adelina Ağayeva - "Sabah"
19. Günay Sultanlı - "Sabah"
20. Fatimə Kərimli - "Sabah"

Qeyd edək ki, Ayşən Salamzadə əsas millinin oktyabrın 25-də Portuqaliya yığmasına qarşı keçirəcəyi Avropa çempionatının pley-off mərhələsinin ilk oyunundan sonra U-17-nin düşərgəsinə qoşulacaq.

30 oktyabr

21:00. Serbiya – Azərbaycan
Bettemburq. "Municipal" stadionu.

2 noyabr

19:00. Azərbaycan – Lüksemburq
Bettemburq. "Municipal" stadionu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest