Dövlət qurumlarının əməkdaşları arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş futzal turnirinin qalibi bəlli olub.

Matc.az xəbər verir ki, final matçında Maliyyə və Kənd Təsərrüfatları nazirliklərinin əməkdaşlarından ibarət kollektivlər üz-üzə gəliblər.

Gərgin keçən matçda maliyyəçilər 7:4 hesabı ilə üstün olub.

Üçüncü yer uğrunda görüşdə isə Ədliyyə və Daxili İşlər nazirliklərinin komandaları qarşılaşıblar. Görüş DİN-in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, sentyabrda start götürən turnirin təşkilatçıları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası olub. Turnirdə 17 qurumun komandası iştirak edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest