"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola milli komandalarda oynayarkən zədələnən futbolçulardan danışıb.

Matc.az xəbər verir ki, o, futbolçuların yoldaşlıq oyunlarından zədəli qayıtmasının doğru olmadığın vurğulayıb.

"Mən həmişə "Mançester Siti"nin oyunçularını milli komandalarına getməyə təşviq edirəm. Bu məmnunedici olmalıdır. Ancaq futbolçu yoldaşlıq görüşünə gedibsə, zədəli qayıda bilməz! Üzr istəyirəm, amma bu belədir.

Klub bizə çox yaxşı maaş verir. Milli komandalar bunu etmir, ona görə də kluba hörmət etməlisən. Yoldaşlıq görüşlərində zədə almamalısan. Əlbəttə ki, oynaya bilərsiniz. Amma zədəli geri qayıda bilməzsən", - deyə Qvardiola açıqlama verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest