"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix medianın son aylarda fəal şəkildə yazdığı "Barselona"ya potensial keçidlə bağlı şayiələri şərh edib.

Matc.az xəbər verir ki, Kimmix "Barselona"ya keçə biləcəyini istisna etməyib.

"Mən bu barədə düşünmürəm. Ancaq heç nəyi istisna etmək olmaz: nə həyatda, nə də futbolda".

Xatırladaq ki, ötən yay 29 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi başa çatdıqda Kataloniya klubuna keçə biləcəyi barədə məlumatlar yayılmışdı.

Bu mövsüm Kimmix bütün turnirlərdə 10 matçda iştirak edib, 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest