"Mançester Yunayted" təmsilçiləri İtaliya çempionatının 8-ci turunda "Napoli"nin "Empoli"yə 1:0 (Kvaratsxeliya, 63) hesabı ilə qalib gəldiyi oyunda cinah yarımmüdafiəçisi Xviçi Kvaratsxeliya və mərkəz müdafiəçisi Alessandro Buongiornonu müşahidə etmək üçün iştirak edib.

Matc.az xəbər verir ki, bu barədə "Tuttomercatoweb" məlumat yayıb.

Bildirilir ki, Kvaratsxeliya hazırda "Napoli" ilə 2027-ci ilin yayında başa çatacaq müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır. Bununla belə, gürcü futbolçunun tərəfi yeni müqaviləsinə əsasən, illik 8 milyon avro maaş tələb etdiyi üçün danışıqlar prosesi ləng gedir.

Qeyd edək ki, bu mövsüm gürcü hücumçu bütün turnirlərdə 10 qarşılaşmada iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 80 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest