"Barselona" yarımmüdafiəçisi Fermin Lopezlə yeni müqavilə imzalayacaq. 

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano məlumat paylaşıb.

Bildirilir ki, Kataloniya klubu 21 yaşlı futbolçu ilə 2029-ci ilin iyun ayına qədər müqavilə uzatmağı nəzərdə tutub.

Qeyd edək ki, Fermin Lopez "Barselona"nın heyətində bu mövsüm 4 oyuna çıxıb. İspaniyalı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest