“Arsenal” Çempionlar Liqasının ardıcıl üç oyununda bir qol belə buraxmayıb. Matc.az xəbər verir ki, Mikel Artetanın yetirmələri turnirin III turunda Donetsk “Şaxtyor”una qalib gəlib (1:0).

“Topçular” 2007-ci ilin noyabrından bəri ilk dəfə avrokubokda keçirdiyi ardıcıl üç matçda qapısının toxunulmazlığını qorumağı bacarıb. Daha sonra Arsen Venger kollektivi PSV-yə uduzaraq 1/8 finalda mübarizənı dayandırıb.

Ümumiyyətlə, “Arsenal” Çempionlar Liqasının son 6 oyununda cəmi 1 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest