"Bavariya"nın baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun "Barselona" ilə oyunundan (4:1) sonra komandanın qapıçısı Manuel Noyerin ünvanına səsləndirilən tənqidlərə cavab verib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Noyerin müdafiəsinə qalxıb.

"Məğlub olanda, birlikdə oluruk. Bu, təkcə Manuya deyil, bütün komandaya və məşqçilərə aiddir. Bu vacibdir. Manu oyununu dəyişsə, bu, daha da yaxşı olması yönündə olacaq. Tənqid futbolun bir hissəsidir".

Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsinin üç turundan sonra "Bavariya" üç xal toplayıb və 24-cü yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest