26 Oktyabr 2024, 15:10
FUTBOL
UEFA-nın Nizam-İntizam Komitəsi sərxoş halda yol nişanını oğurlayan polşalı hakimlər Bartoş Frankovski və Tomaş Musialı diskvalifikasiya edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı BBC paylaşıb.
Bildirilir ki, əsas davranış qaydalarını pozduqlarına, həmçinin idmanı və UEFA-nı nüfuzdan saldıqlarına görə hər iki hakim 2025-ci ilin iyun ayına kimi qurumun himayəsində keçirilən oyunlarda hakimlikdən kənarlaşdırılıb.
Xatırladaq ki, hakimlər sərxoş vəziyyətdə oğurlanmış yol nişanları ilə polis tərəfindən saxlanılıb. Onlar "Dinamo Kiyev" - "Reyncers" matçını idarə etməli idilər.
Polşa Futbol Assosiasiyası (PZPN) da onları 90 gün müddətinə futboldan kənarlaşdırıb.