"Sumqayıt"ın baş məşqçisi Vaqif Cəvadov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Sumqayıt" Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Səbail"ə 1:0 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cəvadov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandama təşəkkürümü bildirirəm. Yaxşı, mübarizəli oyun getdi. Həm oyun, həm də istək baxımından rəqibi üstələdik. Buna görə də qələbə qazandıq. Yolumuza davam edəcəyik. 

- 70-ci dəqiqədən sonra komandanız geriyə çəkildi. Bu, yorğunluqdan idi?
- Heç bir yorğunluq yox idi. Sadəcə olaraq komanda uduzmaq istəmirdi. Rəqib öz meydanında oynayırdı. Bunun da təzyiqi var idi. İkinci hissədə daha çox əks-hücumda oynamağa çalışırdıq. İstifadə edə bilmədiyimiz bir neçə qol epizodu oldu. Amma komandam mübarizə apardı. Futbolçuların hər birinə təşəkkür edirəm. İstəyi sona qədər qorudular və lazım olan 3 xalı qazandılar.

- Ötən oyunla müqayisədə taktiki planda hansı dəyişikliklər etdiniz?
- "Turan Tovuz"la matçda müdafiəyə daha çox çəkilmişdik. Buna görə orta xəttdə boşluqlar yaranırdı. Amma bu oyun tam başqa idi. Hücumda daha çox oynadıq. Rəqibləri təhlil edirik. Öz oyunumuzu pillə-pillə artırmaq istəyirik. Bundan sonra nəticələr özü gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest