Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutan "El Klasiko"da Kataloniya klubu meydan sahiblərini darmadağın edib - 0:4.

İspaniya La Liqasının 11-ci turunun "Real" "Barselona"nı qəbul edib.

Matc.az xəbər verir ki, Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutan "El Klasiko"da Kataloniya klubu meydan sahiblərini darmadağın edib - 0:4.

54-cü dəqiqədə "Barselona"nın hücumçusu Robert Levandovski komandasını hesabda irəli çıxarıb. 56-cı dəqiqədə Levandovski dubl edib. Matçın 78-ci dəqiqəsində qonaqların cinah yarımmüdafiəçisi Lamin Yamal 3-cü qolu "Real"ın qapısından keçirib. 84-cü dəqiqədə isə Rafinya katalonların dördüncü qolunu vurub.

Qeyd edək ki, La Liqada 11 turdan sonra "Barselona" 30 xalla zirvədə möhkəmlənib. "Real" isə 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest