"Real"ın yarımmüdafiəçisi Luka Modriç rekorda imza atıb.

Matc.az xəbər verir ki, xorvatiyalı futbolçu "El Klasiko" tarixinin ən yaşlı futbolçusu olub.

Modriç 38 yaş 318-ci günündə İspaniya La Liqasının 11-ci turunun "Barselona" ilə matçında 63-cü dəqiqəsində əvəzetmədən meydana daxil olub.

Xatırladaq ki, futbolçu 2012-ci ildən "Real"ın formasını geyinir. Bugünkü matç onun Madrid klubunda bütün turnirlərdə keçirdiyi 549-cu oyunu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest