"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "El Klasiko"da ingilis mütəxəssis Terri Venablesin 40 il əvvəlki nailiyyətini təkrarlayıb.

Matc.az xəbər verir ki, alman mütəxəssis 1984-cü ildən bəri "Santyaqo Bernabeu"da debüt oyununda qələbə qazanan ilk kataloniyalı məşqçi olub.

Xatırladaq ki, İspaniya La Liqasının XI turunda "Barselona" "Real"ı 4:0 hesabı ilə məğlub edib.

La Liqada 11 turdan sonra "Barselona" 30 xalla zirvədə möhkəmlənib. "Real" isə 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest