27 Oktyabr 2024, 11:45
FUTBOL
"Real" hücumçusu Kilian Mbappe İspaniya La Liqasının XI turunun "Barselona" ilə oyununda (0:4) 8 dəfə ofsayd vəziyyətinə düşüb və antirekorda imza atıb.
"Real" hücumçusu Kilian Mbappe İspaniya La Liqasının XI turunun "Barselona" ilə oyununda (0:4) 8 dəfə ofsayd vəziyyətinə düşüb və antirekorda imza atıb.
Matc.az xəbər verir ki, Mbappe 2017/2018 mövsümünün başlanğıcından bəri Avropanın ən yaxşı 5 liqasında bir oyunda 7 dəfədən çox ofsaydda qalan ilk oyunçu olub.
Həmçinin oyun zamanı Mbappenin vurduğu iki qolu da ləğv edilib.
Qeyd edək ki, Mbappe ümumilikdə bu mövsüm Madrid klubunun heyətində 15 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.