La Liqanın XI turunda "Barselona" ilə oyunda (0:4) irqçi davranış nümayiş etdirən "Real" azarkeşləri cəzalandırılacaq.

Matc.az xəbər verir ki, bu barədə La Liqa rəsmi internet saytında məlumat paylaşılıb.

"Real" – "Barselona" oyununda irqçiliklə bağlı baş verənlər barədə ətraflı məlumat toplanılacaq. Qeyd edilən dəlillər Baş Prokurorluğun nifrət cinayətləri və ayrı-seçkiliklə mübarizə departamentinin koordinatoruna da təqdim ediləcək.

La Liqa "Santiaqo Bernabeu" baş verən hadisələri qətiyyətlə pisləyib. Həmçinin, stadionların daxilində və xaricində, irqçilik və nifrətin bütün təzahürlərinin kökünü kəsmək öhdəliyində sadiq qaldıqlarını bəyan edib. Bu cür halların idmanda yeri olmadığı vurğulanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest