"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında Liqa mərhələsinin IV turunda Norveçin "Budo-Qlimt" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis intizamlı komandaya qarşı oynayacaqlarını vurğulayıb:
- Son vaxtlar qarşılaşdığımız ən intizamlı komandaya qarşı oynayacağıq. Son illərdə Norveç futbolu həm milli, həm də klub səviyyəsində irəliləyib. Komandanın özünəxas oyun sistemi var. Sabahkı oyunda hər konkonentdə diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur, həm meydan amili, həm də son oyulardakı nəticələri".
- "Tottenhem" və "Ayaks" ilə "Budo-Qlimt"i necə müqayisə edə bilərsiz?
- Nəticələr baxanda eyni səviyyədə görürəm. Bildirdiyim kimi, ən intizamlı komandalardan biridir. Meydanda qapıçı xaric, 10 norveçli oynayır. Bir-birini meydanın hər yerində düzgün tamamlayırlar. Hər bir futbolçu komanda yoldaşlarının səhvlərini sığortalamağa çalışır. Digər komandalarda da var, amma bu komandanda çox yüksək səviyyədədir. Buna görə öz kompakt oyununa görə böyük komandalara qalib gəliblər. Digər komandalarda ola bilər ki ustalıq keyfiyyəti yuxarıdır, amma kollektiv oyun baxımından bəlkə də bu komanda daha üstündür.
- "Molde" ilə oyunda evdə qələbə qazandız, səfərdə heç-heçə etdiz. Eyni tərzdə oynadıqlarını nəzərə alsaq, "Budo-Qlimt"ə qarşı eyni nəticəni qazanmaq olarmı?
- "Molde"yə qarşı oyunlar bizi üçün heç də asan olmadı. Həmin oyunlarda bəlkə də rəqib də qalib gələ bilərdi. "Budo-Qlimt"lə "Molde" eyni səviyyəli komandalardır. Bir- birindən ayırmıram. Məğlub olmaq ehtimalımız var, amma qalib gəlmək ehtimalımız da var. Qalib gəlmək üçün 90 dəqiqəni həddindən artıq intizamlı və diqqətli olmalıyıq.
Qeyd edək ki, "Buyo Qlimt" – "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də start götürəcək.