Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivinə 2:1 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib. "Malmö"nün yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.

Dörd turdan sonra iki qələbə və iki məğlubiyyət alan "Beşiktaş"ın aktivində 6 xalı var.

Qeyd edək ki, IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest