09 Noyabr 2024, 12:36
FUTBOL
"Bavariya" qış transfer pəncərəsində heyətinə yeni futbolçu qatacaq.
Matc.az xəbər verir ki, bu barədə insader Fabrisio Romano məlumat yayıb.
"Qırmızılar" "Los-Anceles"in futbolçusu Bajinq Darbo ilə razılaşıb. Münhen təmsilçisi 18 yaşlı vingerlə qış transfer pəncərəsində müqavilə imzalayacaq.
Transferin məbləği 1 milyon ABŞ dolları olacaq.
Qeyd edək ki, Darbo hələ "Los-Anceles"in əsas komandasında debüt etməyib. O, ABŞ U-17 millisində 2 oyunu keçirib.