Klubların yeni UEFA reytinqi açıqlanıb.
Matc.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında IV, Konfrans Liqasında III turun oyunları bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan çempionu "Qarabağ"ın da mövqeyi dəyişib. Norveçdə "Bodo Qlimt"ə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası 61-ci pillədə qərarlaşıb.
Ağdam klubunun hesabında 32,000 xal var. Ötən ay 58-ci yerə şərik olan "Qarabağ" üç addım geriləyib. "Qalatasaray", "Ferençvaroş" və "Seltik" təmsilçimizi geridə qoyub.
"Neftçi" 8,000 xalla 171-ci yerə şərikdir. Digər klublarımız – "Zirə", "Sabah", "Sumqayıt" 4,000 xalla 310-cu, "Qəbələ" və "Şamaxı" 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.
Qeyd edək ki, siyahıya 134,000 xala malik "Mançester Siti" başçılıq edir.