"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Braziliya milli komandasını çalışdıra bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Atletic" nəşri məlumat yayıb.

Bildirilir ki, Braziliya Futbol Federasiyasının rəsmiləri Qvardiola ilə bir neçə dəfə əlaqə saxlayıb. 53 yaşlı məşqçi beşqat dünya çempionlarında işləməyə isti yanaşır.

Qeyd edək ki, Pep Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest