"Mançester Yunayted" futbol klubu qış "transfer pəncərəsi"ndə eyni vaxtda 5 futbolçu ilə müqavilə imzalamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Mirror" nəşri paylaşıb.

Klubun əsas hədəfləri "Everton"un müdafiəçisi Jerrad Brantueyt, "Sportinq"in hücumçusu Viktor Qyökeres və yarımmüdafiəçi Covani Kenda, Münhen "Bavariya"sının müdafiəçisi Alfonso Davies və yarımmüdafiəçi Leroy Zanedir.

Transferlərin "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ruben Amorimin istəyi ilə reallaşacağı vurğulanır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest