"Leççe" baş məşqçisi Luka Qotti ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi bu barədə qərarı İtaliya çempionatının 12-ci turunda "Leççe"nin doğma meydanda "Empoli" ilə heç-heçə (1:1) etməsində sonra alıb.

Qeyd edək ki, "Leççe"nin cari mövsümdə 9 xalı var və turnir cədvəlində 18-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest