Madrid “Real”ının futbolçusu Rodriqo karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir kİ, braziliyalı hücumçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.

“Mankunianlar”ın yeni çalışdıcırısı Ruben Amorimin rəhbərlikdən transferini istədiyi ilk futbolçu məhz Rodriqo olub. Bundan sonra hərəkətə keçən ingilislər qarşı tərəflə danışıqlara start veriblər.

Qeyd edək ki, “sambaçı” cari mövsümdə “Real”ın heyətində ümumilikdə 14 oyunda 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest