“Səhhətimdə yaranan problemlərə görə, dünənki məşqdə edə bilmədim”

Matc.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis bildirib ki, hazırda özünü yaxşı hiss edir: "Bir neçə gün öncə bel nahiyəsindən kiçik bir əməliyyat keçirmişəm. Dünən həkim müayinəsində olduğum üçün qış toplanışının ilk məşqində iştirak edə bilmədim. Ancaq bu gün məşqdə olacam. Sabah da iki məşqimiz var. Hazırda özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, "Kəpəz" yanvarın 9-da "Qarabağ"la yoxlama görüşü keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest