04 Yanvar 2025, 17:01
FUTBOL
"Monako" baş məşqçi Adi Hütter ilə müqaviləni uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2023-cü ilin iyulunda komandanın başına keçən avstriyalı mütəxəssislə yeni müqavilə 2027-ci ilin yayına kimi qüvvədə olacaq.
Qeyd edək ki, ötən mövsüm Hütterin rəhbərliyi altında "Monako" Fransa çempionatında ikinci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb. Bu mövsüm komanda 16 oyunda 30 xal toplayıb və Liqa 1-in turnir cədvəlində üçüncü yerdədir.